AMEA ilə Böyük Britaniyanın TransTech Capital LLP şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

TransTechCapital (TTC), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin müdiri akademik Vüqar Babayevin Birləşmiş Krallığa səfəri zamanı, AMEA-nın texniki institutlarında əqli mülkiyyətin səmərəli kommersiyalaşdırma modeli üçün texnologiyanın transferinin nümunəvi mexanizmini yaratmaq məqsədilə, TTC ilə AMEA arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycanda mükəmməl texniki institutlar, universitetlər və akademiyaların mövcud olması TTC şirkətinin ölkəmizə xüsusi maraq göstərməsinə səbəb olub. Eyni zamanda, onlar, Azərbaycanın Bakı 2015 Birinci Avropa Oyunları kimi, beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi nəticəsində yüksək bacarıqlara malik və peşəkar işçi qüvvəsini formalaşdırdığını da qeyd ediblər.
TTC şirkəti, akademik Vüqar Babayevin Birləşmiş Krallığa səfərinə ev sahibliyi etdi; səfər zamanı, Oksford, London və Mançester universitetlərində Birləşmiş Krallığın texnologiyanın ötürülməsi və investisiya üzrə aparıcı mütəxəssislərinin bəziləri ilə uğurlu görüşlər də keçirilib.
AMEA-nın Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin müdiri akademik Vüqar Babayev dedi: "Biz, "TransTech Capital” şirkəti ilə Anlaşma Memorandumu imzaladığımız üçün çox məmnunuq və bizi Birləşmiş Krallıqda texnologiyaların ötürülməsində yaratdıqları yüksək səviyyəli əlaqələrlə tanış etdikləri üçün minnətdarlığımızı bildiririk. TTC-nin texnologiyaların ötürülməsi, kommersiyalaşdırma və risklərin maliyyələşdirilməsi üzrə qazandığı peşəkarlıq AMEA üçün əhəmiyyətli dəyərə çevriləcək”.
TTC-nin tamhüquqlu tərəfdaşı Saymon Robison bunları dedi: "AMEA daxilində mühüm əhəmiyyət kəsb edən innovativ tədqiqat qurumu mövcuddur. Azərbaycan, sözün həqiqi mənasında, imkanlarla zəngin ölkədir. AMEA kimi institutlara və bacarıqların inkişafına dövlət investisiyasına dəstək göstərməklə, Bakı 2015 Avropa Oyunları vasitəsilə, gənc ölkənin yüksək potensialının gerçəkləşdirilməsi istiqamətində görülmüş işlərin bir hissəsi olmaq istəyirik.”
SON
TransTech Capital LLP haqqında
TTC, 1983-cü ildən texnologiyanın kommersiyalaşdırılması sektoruna sərmayə yatıran, mükafata layiq görülmüş "MTI Partners” texnologiya investisiya qrupunun üzvü, investisiya şirkəti və vençur kapitalı məsləhətçisidir.
Komanda üzvləri, müşavirlik və investisiya fəaliyyətləri zamanı, 100-dən artıq texnologiya şirkətinə maliyyə yatırıb və formalaşdırıb. TTC-nin məşvərət heyəti, texnologiyanın ötürülməsi və texnoloji tədqiqat, inkişaf, biznes tədqiqat əməliyyatları, investisiya və çıxışların da daxil olduğu kommersiyalaşdırma üzrə böyük təcrübəyə sahibdir. Heyət, texnologiyanın ötürülməsi üzrə dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq edib.
TTC-nin məqsədi, qeyri-neft əsaslı ÜDM artımına nail olmaq üçün öz texnologiya kommersiyalaşdırmasını, biznes tədqiqat əməliyyatları və vençur kapitalı peşəkarlığını Azərbaycanın akademik institutları və korporasiyalarına ötürməkdir.
TransTech Capital LLP-nin Azərbaycandakı fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün əlaqə saxlayın: Saymon Robison, TransTechCapital LLP-nin tam hüquqlu tərəfdaşı:
BK Tel+44 (0)1207 591 397
BK Fax+44 (0)1207 590 124
Azərbaycan mob: 050 373 47 42
BK mob:+44 (0)7885 680 237
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























