Fransa Liqasının ən yaxşıları müəyyənləşdi

Fransa Liqasında 2014/2015 mövsümün ən yaxşıları müəyyənləşib.
Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Peşəkar Futbolçular İttifaqının versiyasına əsasən, "Lion"un hücumçusu Aleksandr Lakasett mövsümün ən yaxşı futbolçusu seçilib. O, ölkə çempionatında oynadığı 33 matçda 27 qol vurub və 8 qolun ötürməsini verib.
"Lion"un digər futbolçusu Nabil Fekir isə mövsümü ən yaxşı gənc oyunçusu adına layiq görülüb. Fransa Liqasında cari mövsüm 13 qol vuran 21 yaşlı yarımmüdafiəçi 12 qolun da ötürməsini verib.
PSJ-nin çalışdırıcısı Loren Blan mövsümün ən yaxşı məşqçisi seçilib. Onun komandası bu mövsüm çempionluğu təmin edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























