• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri

"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri
18.05.2015 17:29

Azərbaycan Premyer Liqasında sona iki tur qalmış çempionluğunu rəsmiləşdirən "Qarabağ" 2015/2016 mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

 

 

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

 

 

Aktivində 11.500 xal olan Qurban Qurbanovun komandası püşk zamanı "Seltik" (Şotlandiya), BATE (Belarus), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç), HİK (Finladniya), "Molde" (Norveç), "Videoton" (Macarıstan) və həmçinin Kipr və Danimarka çempionları ilə birgə səpələnmişlər səbətində yer alacaq.

Bu isə o deməkdir ki, Azərbaycan çempionu II təsnifat mərhələsində nisbətən zəif komandalarla qarşılaşacaq. "Qarabağ"ın 8 potensial rəqibi artıq bəllidir. Komandanın digər rəqibləri isə hələlik müəyyənləşməyib.

Birinci təsnifat mərhələsindəki 4 cütdən 3-ü "Qarabağ"la qarşılaşa bilər. Lakin Uels çempionu TNS-nin II təsnifat mərhələsində hansı səbətdə yer alacağı məlum deyil. Bu səbəbdən Uels təmsilçisinin növbəti mərhələdə "Qarabağ"a rəqib olub-olmayacağı sual altındadır. Ermənistan çempionu "Pünik"in isə II təsnifat mərhələsində "Qarabağ"a rəqib olmayacağı dəqiqdir.  

 

 

"Qarabağ"ın 8 potensial rəqibləri bunlardır: "Dila" (Gürcüstan), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta).

 

 

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları isə 21-22 iyul tarixlərində keçiriləcək.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol