• $
  • €
  • ₽
  • ₺
  • £

Çempionlar Liqası final oyununu türkiyəli hakim idarə edəcək

Çempionlar Liqası final oyununu türkiyəli hakim idarə edəcək
18.05.2015 23:36
"Barselona” ilə "Yuventus” arasında oynanacaq Çempionlar Liqası final oyununun baş hakimi açıqlanıb.

Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, möhtəşəm finalı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək.
 
Məsuliyyətli sınaqda Çakıra Bahaddin Duran və Tarık Engin yardımçı olacaq.
 
Matçın dördüncü hakimi isə isveçli Yonas Erikson təyin olunub.
 
Qapı arxası hakimlər də türklər olacaq. Hüseyn Göçek və Barış Şimşək Cüneyt Çakırın qapı arxasındakı "gözü – qulağı” olacaqlar. Ehtiyat hakim isə Mustafa Eysoy olacaq.
 
Xatırladaq ki, Çakır bu mövsüm Çempionlar Liqasında 4 oyun idarə edib, 16 sarı, bir qırmızı vərəqə göstərən türk hakim, iki dəfə də komandaları penalti ilə cəzalandırıb.
 
Qeyd edək ki, Berlində "Olimpiaştadion”da oynanacaq final oyunu iyunun 6-da baş tutacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol