Hazırda dünyanın ən güclü 10 baş məşqçisi - SİYAHI

Futbol üzrə dünyanın ən güclü baş məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.
"Coach World Ranking"in komandaların bu mövsümkü nəticələrinə əsasən tərtib elədiyi siyahıda ilk 3 pilləni İspaniya klublarının çalışdırıcıları tutub.
Birinci yerdə İspaniya La Liqasında çempion olan, Çempionlar Liqasında və Kral Kubokunda finala çıxan "Barselona"nın çalışdırıcısı Luis Enrike qərarlaşıb. Mütəxəssisin aktivində 17054 xal var.
Maraqlıdı ki, mövsümü titulsuz başa vuracağı dəqiqləşən "Real" Madridin baş məşqçisi Karlo Ançelotti ikinci pillənin sahibidi. İtaliyalı mütəxəssis 16130 xala sahibdi.
İspaniya La Liqasında uğurla çıxış edən və ardıcıl ikinci mövsüm Avropa Liqasının finalına vəsiqə qazanan "Sevilya"nın baş məşqçisi Unay Emeri 13230 xalla ilk "üçlüy"ü qapadır.
"Bavariya"nı Almaniya çempionu edən Pep Qvardiola 4-cü, "Çelsi" ilə İngiltərə Premyer Liqasının qızıl medalarına sahib çıxan Joze Mourinyo isə 9-cudu. (futbolpress.az)
İlk "onluq" aşağıdakı kimidi:
| N | Baş məşqçi | Klub | Xal |
| 1. | Luis Enrike | "Barselona” | 17054 |
| 2. | Karlo Ançelotti | "Real” Madrid | 16130 |
| 3. | Unay Emeri | "Sevilya” | 13219 |
| 4. | Xosep Qvardiola | "Bavariya” | 12922 |
| 5. | Dieqo Simeone | "Atletiko Madrid” | 11032 |
| 6. | Deyter Hekinq | "Volfsburq” | 10875 |
| 7. | Massimiliano Alleqri | "Yuventus” | 10667 |
| 8. | Xulen Lopeteqi | "Porto” | 9801 |
| 9. | Joze Mourinyo | "Çelsi” | 9621 |
| 10. | Arsen Venqer | "Arsenal” | 9461 |
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























