• $
  • €
  • ₽
  • ₺
  • £

Güneydə kampaniya başladı - “qırmızı kart”

Güneydə kampaniya başladı - “qırmızı kart”
19.05.2015 14:04
Mayın 15-də Təbriz stadionunda baş verən və "dünya futbol tarixində bənzəri görünməyən rüsvayçılıq” kimi dəyərləndirlən hadisələr dünya mediasının gündəminə çıxarkən, sosial şəbəkələrin güneyli istifadəçiləri həmin olaylara etiraz olaraq "yalan və ayrı-seçkiliyə qırmızı kart” kampaniyası başladıblar. 


ANN.Az amerikaninsesi.org-a istinadən xəbər verir ki, kampaniyaya qatılan güneylilər sosial şəbəkələrdə qırmızı kart şəkilləri paylaşaraq "Traktorsazi” komandasına verilən yalan məlumat məsələsinə diqqət çəkməklə yanaşı "hakimiyyətin Azərbaycana verdiyi yalan vədlər, ədalətsizlik, assimilyasiya və türk düşmənliyinə” qırmızı kart verdiklərini yazırlar.

İran xəbər agentliklərinə müsahibə verən bir çox futbol eksperti o cümlədən "Traxtor”un son matçında rəqibi olan Tehranın "Neft” klubunun baş məşqçisi Əlirza Mənsuriyanın sözlərinə görə, verilən yalan məlumat, eləcə də Təbriz stadionunda internet, TV, radio və telefon əlaqələrin kəsilməsi Traktorsazinin çempionluğu ala bilməməsi istiqamətində təsir buraxıb.

Təbriz stadionunda baş verən olaylar The Huffington Post, Star Qəzeti və Əl-Ərəbiyə kimi ingilis dilli, habelə Türkiyə və Ərəb ölkələrinin tanınmış mediasında işıqlandırılıb.

Olaylar Türkiyə mediasında "İranda türk komandasına haqsızlıq yapıldı, Təbriz qarışdı” və "Güney Azərbaycanda türklerin komandası Traktorun çempionluğu hiylə ilə əlindən alındı” kimi ifadələrlə dəyərləndirilib.

Təbrizdə Traktorsazi azarkeşləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmaya işarə edən The Huffington Post olayları "etnik gərginliklər İranın futbol meydanlarına girir” başlığı ilə gündəmə gətirib. The Guardian isə etirazlara işarə etmədən yalan məlumat nəticəsində Traktorsazinin çempion olduğunu zənn edən baş məşqçisi Antonio Oliveyranın sevindiyini göstərən şəkli "Sevincin acıya çevrilməsindən öncə” başlığı ilə nəşr edib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol