Premyer Liqada növbəti turun proqramı açıqlandı

Topaz Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb.
ANN.Az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turun mərkəzi qarşılaşması Bakının "İnter" və Ağdamın "Qarabağ" komandaları arasında keçiriləcək.
Mayın 22-də saat 20:00-da başlanacaq matçın ardından mükafatlandırma mərasimi təşkil olunacaq. "Qarabağ"a qızıl medallar və çempionluq kuboku, "İnter"ə isə gümüş medal təqdim ediləcək.
22 may (cümə)
18:00. "Sumqayıt” – "Xəzər Lənkəran”
Sumqayıt, "Kapital Bank Arena”
20:00. "İnter” (Bakı) – "Qarabağ” (Ağdam)
Bakı, "İnter”Arena”
18:00. "Bakı” – "Neftçi” (Bakı)
"Bakı” klubunun təlim-məşq bazasının stadionu
19:00. AZAL (Bakı) – "Simurq” (Zaqatala)
Bakı, "AZAL Arena”
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























