• $
  • €
  • ₽
  • ₺
  • £

Ruslan Qurbanov “Hayduk”dan ayrılır: Burda qalmayacam!

Ruslan Qurbanov “Hayduk”dan ayrılır: Burda qalmayacam!
20.05.2015 20:16
"Gələcək karyeramla bağlı çox düşündüm və axır ki, qərarımı verdim. "Hayduk”da qalmayacam”. Bu sözləri apasport.az saytına açıqlamasında millimizin futbolçusu Ruslan Qurbanov deyib.
 
Transfer hüququ "Neftçi”yə məxsus olan, bu ilin əvvəlindən isə icarə əsasında "Hayduk”da çıxış edən Qurbanov Xorvatiya klubunda qalmaq fikrində deyil. Oyun praktikasının azlığından əziyyət çəkən Ruslan məhz bu səbəbdən Split təmsilçisi ilə vidalaşmağa qərar verib: "Onlar agentimdən xahiş ediblər ki, məni razı salsın, yeni müqavilə bağlayım. Ancaq mən bu fikirdən uzağam. Görürəm ki, burda mənə istədiyim qədər oynamaq şansı vermirlər. Elə bu səbəbdən ayrılmağa qərar vermişəm. "Hayduk”la icarə müqaviləmin müddəti iyunun 15-də başa çatır. İlk olaraq, "Neftçi”yə qayıtmalıyam. Çünki bu klubla hələ 1 illik müqaviləm qalır. Millinin heyətində Norveçdən birbaşa Bakıya qayıdacam və "Neftçi” rəhbərliyi ilə görüşüb, gələcək karyerama aydınlıq gətirəcəm”.
 
"Xəzər Lənkəran”ın maraq dairəsində olan Qurbanov bildirib ki, onun üçün Azərbaycanda qalmaq maraqlı deyil: "Açığı, "Xəzər Lənkəran”da heç kim mənimlə əlaqəyə çıxmayıb. Elbrus Məmmədovla tanışam. Çox yaxşı insan və məşqçidi. Amma o da mənimlə danışıq aparmayıb. Əvəzində başqa təkliflərim var. Həm Xorvatiyanın, həm də Rusiyanın yüksək liqa klubları məni istəyir. Elə bu səbəbdən "Neftçi” rəhbərliyi ilə görüşmək istəyirəm, çünki hazırda bu kluba məxsusam. Transfer vərəqəmi alıb, azad agent olmaq üçün "Neftçi”yə pul ödəməyə də hazıram. Mənim fikrim karyeramı Avropada davam etdirməkdi”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol