• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə alternativ futbol çempionatı yaradılır

Türkiyədə alternativ futbol çempionatı yaradılır
22.05.2015 16:03
Türkiyə futbolunda zəlzələ mahiyyətli hadisə yaşanır.
 
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkənin cənub-şərq bölgəsində, əsasən kürt əsilli əhalinin yaşadığı yerlərdə Türkiyə Futbol Federasiyasına alternativ futbol liqası yaradılır. TFF Super Liqasının "Yeni Diyarbəkirspor”-"Dənizlispor” qarşılaşmasından sonra yaranan qalmaqalın ardından diyarbəkirlilərə texniki məğlubiyyət verilmişdi. Bundan qəzəblənən klub rəhbərliyi bu gün adı çəkilən bölgəyə daxil olan futbol klublarının prezidentlərini Diyarbəkirdə toplayıb. Toplantıya səbəb isə cənub-şərq liqasının yaradılmasıdır.  
Əgər klub prezidentləri razılığa gəlsə, Türkiyə Futbol Federasiyasından ayrılaraq müstəqil liqa təşkil edəcəklər.
 
Qeyd edək ki, keçən həftə Spor Toto 3 liqada Denizli BŞB ilə "Yeni Diyarbəkirspor” qarşılaşmasında hesab 1-1 ikən ara qızışıb. Azarkeşlər meydançaya daxil olub. Oyunda fasilə elan edilib. Diyarbəkir klubunun rəhbərliyi oyundan sonra liqadan çəkilmək qərarı alıb. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol