• $
  • €
  • ₽
  • ₺
  • £

Boksçularımız erməniləri məğlub edib finala çıxdılar

Boksçularımız erməniləri məğlub edib finala çıxdılar
23.05.2015 22:00
Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçıların adları məlum olub. 


Anspress.com-un məlumatına görə, həlledici görüşə vəsiqə qazananlar arasında milli komandamızın 4 üzvü də var. İki boksçumuz isə yarımfinalda uduzaraq, bürünc medala sahib olub. 

60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finala gedən yolda Ermənistan təmsilçisi Koryan Asteyan üzərində inamlı qələbə qazanıb - 3:0. Boksçumuz finalda Türkiyə idmançısı Tuğrulhan Erdemirlə qarşılaşacaq. 

+80 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də finaldadı. Həmyerlimiz yarımfinalda Gürcüstanı təmsil edən erməni əsilli Artyum Yordanyanı məğlub edib - 3:0. Abdullayev finalda ukraynalı Akeksandr Xristevlə üz-üzə gələcək. 

Cavid Hüseynov da (48 kq) yarımfinalda qalib gəlib. Hüseynov irlandiyalı Lorkan Harleksi üztələyib - 2:1. Boksçumuz qızıl medal uğrunda görüşdə ukraynalı Artyom Demyanenko ilə görüşəcək. 

Niyaməddin Allahverdiyev isə (52 kq) yarımfinalda Şotlandiya nümayəndəsi Deklin Daffı məğlub edib - 3:0. Həmyerlimizin finaldakı rəqibi ingiltərəli Çarli Frankam olacaq. 

Orxan Həsənov (54 kq) və Səid Məlikov (70 kq) yarımfinalda uduzaraq, bürünc medalla kifayətləniblər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol