Azərbaycan Slovakiyaya qalib gəldi

Bakıda Azərbaycan və Slovakiya yığmaları qadınlar arasında voleybol üzrə Avropa-2015 çempionatında oynamaq üçün ilk matçda qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, komandamız 3:0 (25:22, 25:18, 25:23) hesabı ilə qalib gəlib.
Cavab matçı mayın 30-da Levitsdə keçiriləcək.
Avropa çempionatının final mərhələsi Belçika və Hollandiyada baş tutacaq və sentyabrın 26-da start götürəcək. Azərbaycan yığması Slovakiyaya qalib gəldiyi təqdirdə, o, Avropa çempionatının "B” qrupunda Belçika, Türkiyə və Macarıstanla qarşılaşacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























