• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan çempionu UEFA kubokuna getmir

Azərbaycan çempionu UEFA kubokuna getmir
25.05.2015 19:45

Futzal üzrə son Azərbaycan çempionu "Xəzər adaları" 2015-16 mövsümü UEFA kubokunda iştirakdan imtina edib.

ANN.Az-ın azerisport.az saytına istinadən yaydığı xəbərə görə, bu haqda Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məlumat verib:

"Ötən gün "Xəzər adaları"nın rəhbərliyi rəsmən bəyan etdi ki, UEFA kubokunda iştirakdan imtina edirlər. Bunun maliyyə problemi və ya başqa hansısa amillə bağlı olduğunu bilmirəm. UEFA-nın əsasnaməsinə görə, belə olan halda UEFA kubokunda iştirak hüququ avtomatik olaraq çempionatda ikinci yeri tutan komandaya verilir. Hazırda bu vəsiqəyə "Fənər" iddialıdır, çünki ikinci olub. Bu gün klub rəhbərliyi ilə əlaqə saxlayıb, bu məsələni müzakirə edəcəyəm. Məsələ burasındadır ki, UEFA kubokunda iştirak etmək istəyən klub bütün tələblərə cavab verməlidir. Əgər "Fənər" bu və ya başqa səbəblərdən UEFA kubokunda iştirak edə bilməsə və ya istəməsə, o zaman üçüncü olmuş komanda bu hüquqa yiyələnəcək".

Qeyd edək ki, "Xəzər adaları”nın turnirdən iştirakdan imtinasının səbəbi klubun sahibi Hacı İbrahim Nehrəmlinin həbs olunması və klubun maddi durumunun acınacaqlı vəziyyətə düşməsidir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol