• $
  • €
  • ₽
  • ₺
  • £

AFFA klubları cəzalandırdı

AFFA klubları cəzalandırdı
26.05.2015 13:54
AFFA intizam Komitəsinin növbəti iclası keçirilib. 

Toplantıda Azərbaycan Premyer Liqasının XXXV turunda baş verən hüquq pozuntuları ilə bağlı tədbirlər görülüb.
 
"Sumqayıt” komandası ilə matçın 89-cu dəqiqəsində "Xəzər Lənkəran” klubunun futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən, rumıniyalı müdafiəçi 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. 

"Bakı” – "Neftçi” matçında qonaq komanda 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ziyana düşüb. "Bakı"ya isə diktorun olmamasına görə ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı halda, kluba cəza veriləcək.

Ən ağır cəza maddi problemlərlə üzləşən Zaqatala "Simurq"una və onun qapıçısı Amil Ağacanova kəsilib. AZAL-la qarşılaşmanın 21-ci dəqiqəsində Ağacanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qapıçı 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə edilib. Üstəlik, Ağacanov meydanı tərk edərkən, oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd edib. Nəticədə o, daha 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimələnib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol