“Neftçi”nin sabiq futbolçusu vəfat edib

Azərbaycan futboluna itki üz verib.
"Report"un məlumatına görə, "Neftçi” klubunun sabiq futbolçusu Telman Əzizov 63 yaşında ikən dünyasını dəyişib.
O, ürək tutmasından keçinib. Mərhum bu gün Binəqədi qəbiristanlığında dəfn olunacaq.
1952-ci ildə anadan olan Telman Əzizov 1973-1977-ci illər ərzində "Neftçi”nin heyətində 35 oyun keçirib, 1 qol vurub. O, dünyasını dəyişənədək AFFA nümayəndəsi kimi oyunlara təyinat alıb.
Allah rəhmət eləsin!
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























