• $
  • €
  • ₽
  • ₺
  • £

İker Kasilyas: Ançelottiyə qəzəbli idim

İker Kasilyas: Ançelottiyə qəzəbli idim
27.05.2015 14:38

"Real” böyük tələblərin olduğu yerdi. Ortada uğursuzluq varsa, deməli, rəhbərlik bu qərarda haqlıdı”.
 
Apasport.az saytının məlumatına görə, bunu "Real”ın qapıçısı İker Kasilyas deyib.

Uğursuz mövsümdən sonra baş məşqçi Karlo Ançelottinin "kral klubu”ndan qovulmasına münasibət bildirən qolkiper buna məyus olduğunu deyib: "Ançelotti mənə əsas heyətdə yer verməyəndə, ona çox qəzəbli idim. Amma indi ona minnətdarlığımı bildirirəm. Çünki mənə doğru yolu göstərdi. O, böyük insandı və Madridi də doğma şəhəri kimi sevir”.

Kasilyas komandasını dəyişəcəyi ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib. 34 yaşlı qolkiper "Real”dan ayrılmağı ağlından belə, keçirmədiyini söyləyib: "Əminəm ki, gələn mövsüm də burda olacam. Özümü başqa klubda təsəvvür edə bilmirəm. Karyeramı elə "Real”da bitirmək istəyirəm. Gələn mövsüm də çərçivədə uğurla dayanacaq gücü özümdə görürəm. Mövsümə elə hazırlaşacam ki, "Real”da sanki ilk ilim olacaq”.

Qeyd edək ki, İspaniya mətbuatı "Real”ın İker Kasilyası satacağını və "Mançester Yunayted”in qapıçısı David De Xeanı transfer edəcəyini iddia edir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol