• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün FİFA prezidenti seçkisi keçiriləcək

Bu gün FİFA prezidenti seçkisi keçiriləcək
29.05.2015 10:17
Bu gün İsveçrənin Sürix şəhərində FİFA prezidenti seçkisi keçiriləcək. 

"Report"un məlumatına görə, seçki ali futbol qurumunun 65-ci Konqresi çərçivəsində baş tutacaq.
Bu vəzifə uğrunda qurumun hazırkı rəhbəri Yozef Blatterlə İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn mübarizə aparır. Seçki son günlər qurumda baş verən korrupsiya qalmaqalları və aralarında 2 vitse-prezident də olmaqla, 11 məmurun həbsi fonunda gerçəkləşəcək.

Konqresin açılış nitqində Y.Blatter FİFA-nın ayrı-ayrı məmurlarının hərəkətlərini pisləyib. Onun fikrincə, belə hərəkətlərdən doğan korrupsiya qalmaqalı qurumu rüsvay edib və alçaldıb: "FİFA üçün presedenti olmayan, çətin dövrlər başlayıb. Bu hadisələrdən sonra dəyişikliklər lazımdır. Mən hər kəsi ayrıca nəzarətdə saxlaya bilmərəm. Kimsə yanlış hərəkətə yol vermək istəyirsə, bunu gizlətməyə çalışır".

FİFA prezidenti istefa vermək niyyətində olmadığını da bəyan edib. Hərçənd, UEFA prezidenti Mişel Platini ona belə bir xahişlə müraciət edib. Üstəlik, Avropa futbol qurumu bütün milli assosiasiyalara müraciət edərək, şahzadə Əlini dəstəkləməyi xahiş edib: "Mən bunu kədərlə və gözüyaşlı deyirəm. FİFA belə münasibətə layiq deyil. FİFA futbolun anasıdır. Mən Blatterdən istefa verməsini xahiş etdim. Ona "Bəsdir, Zepp!" dedim. O, məni dinlədi, amma artıq gec olduğunu bildirdi. FİFA-da dəyişikliyin yeganə yolu onun prezidentini dəyişməkdən ibarətdir".

Artıq FİFA İcraiyyə Komitəsinin üzvü və Braziliya Futbol Konfederasiyasının prezidenti Marko Polo del Nero FİFA Konqresini tərk edib. Onun seçkidə iştirak etməyəcəyi bildirilir. Amma Rusiya Futbol İttifaqı seçkidə hazırkı prezidenti dəstəkləyəcəyini bildirib. Elə FİFA-dakı mənbədən TASS-a bildirilib ki, Y.Blatter yenidən prezident seçiləcək. Bu, səsvermənin ikinci turunda baş verəcək. Qurumun hazırkı rəhbəri 120 - 130 səs yığacaq.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək FİFA Konqresində Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edəcək

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol