"Mançester Yunayted"dən "Real"a 56 milyon avro

Fransalı futbolçu ilə "Qırmızı şeytanlar" yaxından maraqlanır
"Real"ın hücumçusu Kərim Benzema yeni mövsümdən İngiltərə Premyer Liqasında oynaya bilər.
ANS PRESS-in məlumatına görə, fransalı futbolçu ilə "Mançester Yunayted" klubu yaxından maraqlanır.
Mançester təmsilçisi 27 yaşlı futbolçunun transferi üçün "Real"a 56 milyon avro təklif edib. Madrid klubu hələlik "Mançester Yunayted"ə cavab verməkdə tələsmir. Benzema ilə "Arsenal" və "Mançester Siti" klubları da yaxından maraqlanır. "Real"ın Benzemanı daha yüksək məbləğə satmağı planlaşdırır.
Qeyd edək ki, Benzema ötən mövsüm "Real"ın heyətində keçirdiyi 46 oyunda 22 qol vurub və 12 məhsuldar ötürmə verib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























