"Barselona" aşağı liqaya düşdü

İspaniya II liqasında mübarizə aparan "Barselona"nın əvəzedici komandası aşağı liqaya yuvarlanıb.
Qol.Az-ın məlumatına görə, bu, çempionatın 41-ci turunda "Leqanes"lə görüşdən sonra rəsmiləşib.
Öz meydanında rəqibinə 2:5 hesabı ilə uduzan "Barselona"nın əvəzedici komandası növbəti mövsümdən B liqasında mübarizə aparacaq. Kataloniya təmsilçisinin ikinci komandası sona bir tur qalmış 36 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, əfsanəvi futbolçu Zinəddin Zidanın baş məşqçisi olduğu "Real"ın "Kastilya" komandası da B liqasında çıxış edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























