Baş nazir: “Avropanın ilk qurbanı biz olduq”

"Beynəlxalq kreditorlarla müzakirələrin bu qədər davam etməsi bizim günahımız deyil”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Yunanıstan Baş naziri Aleksis Çipras çıxış edib. O, Avropada neoliberallara boyun əyməyənlərin çətin vəziyyətə salındığını bildirib:
"Beynəlxalq kreditorlarla müzakirələrin bu qədər davam etməsi bizim yox, Avropa Birliyinin daxilindəki neoliberal qüvvələrin günahıdır. Neoliberal iqtidarın olduğu ölkələrə boyun əyməyənlər mütləq cəzalandırılır. Yunanıstan bu qüvvələrin ilk qurbanı oldu”.
Qeyd edək ki, Yunanıstanın iflas təhlükəsindən xilas olması üçün yeni maliyyə yardımlarına ehtiyacı var. Beynəlxalq kreditorlar tərəfindən bu günə qədər Yunanıstana 240 milyard avro maliyyə yardımı edilib. Çipras hökuməti bu ay ərzində Beynəlxalq Valyuta Fonduna (BVF) 1 milyard 600 milyon avro ödəməlidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























