• $
  • €
  • ₽
  • ₺
  • £

​I Avropa Oyunları məşəlinin Bakıdakı hərəkət marşrutu açıqlandı

​I Avropa Oyunları məşəlinin Bakıdakı hərəkət marşrutu açıqlandı
02.06.2015 11:40
"Bakı 2015" I Avropa Oyunlarının məşəlinin açılış mərasimindən öncə Bakıdan keçəcəyi marşrut açıqlanıb.

 "Report"un məlumatına görə, məşəl ilk olaraq paytaxta qayıqla gətiriləcək və bir gecə Qız Qalasında qalacaq.

İyunun 7-də isə Ağ Şəhər Bulvarına, Neftçilər prospektindən keçməklə Bayraq meydanına aparılacaq. Bir gün sonra isə məşəl Oyunların baş tutacağı Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Respublika Stadionu, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosipedi Veloparkından keçəcək.

"Bakı 2015"in məşəli iyunun 9-da bir çox tarixi önəmli binalara, o cümlədən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən İçərişəhərə aparılacaq. Bu siyahıya Şirvanşahlar Sarayı da daxil ediləcək.

Məşəlin növbəti səfəri iyunun 10-da reallaşacaq. Həmin gün məşəl Nizami küçəsinə, Fəvvarələr meydanına, Qış, Filarmoniya və Dağüstü parklarında olacaq və Qız Qalasına qaytarılacaq. 
Açılış mərasimindən bir gün əvvəl isə məşəl Qız Qalasından götürüləcək və Satko limanına aparılacaq.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarının məşəl səyahəti aprelin 26-dan start götürüb və Azərbaycanın 60 şəhər və rayonlarından keçib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol