"Hazırkı "Barselona" bütün zamanların ən yaxşısıdır"

"Yuventus"un sabiq baş məşqçisi Marçello Lippi Turin təmsilçisinin Çempionlar Liqasının finalında qarşılaşacağı "Barselona" haqda danışıb.
Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis Luis Enrikenin komandasının bütün zamanların "Barselona"sından güclü olduğu bildirib:
"Enrike yeni komanda qura bildiyi üçün böyük məşqçidir. Onun komandasında üç fenomenal futbolçu var. Suares və Neymar Messinin lider olduğunu anlayırlar və onun fərqlənməsi üçün çalışırlar. Messi də əvəzində onlara daha öncə nadir hallarda etdiyi ötürmələr verir. Messi, Suares və Neymar üçlüyü dünyanın ən yaxşı hücumçularıdır. Hazırkı "Barselona" isə bütün zamanların ən yaxşı komandasıdır".
Qeyd edək ki, "Barselona" - "Yuventus" oyunu iyunun 6-da, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























