Yığmamız FİFA reytinqində irəlilədi

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
Qol.Az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib.
Hesabında 272 xal olan Robert Prosineçkinin komandası 115-ci pillədə qərarlaşıb.
"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliyanın mövqeyində dəyişiklik baş verməyib. Antonio Kontenin komandası 1101 xalla 13-cü pillədəki mövqeyini qoruyub. Xorvatiya 18-ci (-1), Norveç 64-cü (+6), Bolqarıstan 62-ci (+5), Malta isə 145-ci (+4) yeri tutur.
Siyahının ilk pilləsinə yenə Almaniya millisi başçılıq edir. Belçika yığması ikinci pilləyə yüksəlib. Ötən ayın ikincisi Argentina yığması bir pillə geriləyərək üçüncü olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























