"Xəzər Lənkəran"ın yeni baş məşqçisi bəlli oldu

"Xəzər Lənkəran"ın baş məşqçi vəzifəsində dəyişiklik edilib.
Qol.Az-ın məlumatına görə, klubun idman direktoru Yunis Hüseynov baş məşqçi vəzifəsinə gətirilib.
O, komandanın sabiq çalışdırıcısı Elbrus Məmmədovu əvəzləyib. E.Məmmədov isə yenidən "Xəzər Lənkəran"ın əvəzedici komandasını çalışdıracaq.
Xatırladaq ki, Yunis Hüseynov 2012-ci ildə də "Xəzər Lənkəran"ın baş məşqçisi olub.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























