Əli Həsənov: Avropa Oyunları Azərbaycan tarixinin önəmli bir hadisəsidir

İlk Avropa Oyunları Azərbaycan tarixinin önəmli bir hadisəsidir.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Azərbaycanın KİV rəhbərləri ilə görüşündə deyib.
Ə.Həsənov bildirib ki, birinci Avropa Oyunları birbaşa Azərbaycan tarixinə yazılan hadisədir.
PA rəsmisi deyib ki, bu gün kimin nə münasibət bəsləməsindən asılı olmayaraq Avropa Oyunları yüksək səviyyədə keçiriləcək:
"Bu Oyunlar Azərbaycanın tarixinə yazılacaq. İlk Avropa Oyunlarının tarixinin Azərbaycandan başlanması mühüm bir hadisədir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























