Benzema “Mançester Yunayted”ə keçir

Madrid "Real”ının hücumçusu Kərim Benzema karyerasını İngiltərə çempionatında davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, 27 yaşlı futbolçunun agenti "Mançester Yunayted” rəhbərliyi ilə görüşüb.
"Real”ın yeni çalışdırıcısı Rafael Benitesin Benzemanı öz komandasında görmək istəmədiyi bildirilir. Bundan istifadə edən "Mançester Yunayted” Fransa yığmasının üzvünü nəyin bahasına olursa-olsun, heyətinə qatmaq arzusundadı.
Qeyd edək ki, "Lion”un yetirməsi olan Benzema 2009-cu ildən "Real”ın formasını geyinir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























