"Bakı-2015"in medalları belə olacaq

Birinci Avropa Oyunlarında uğur qazanan idmançılara veriləcək medallar artıq hazırdır.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumata görə, Bakı 2015 qısa zamanda başlayacaq və bütün nəzərlər ilk Avropa Oyunlarının çempionu olmaq üçün mübarizə aparacaq qitə idmançılarına yönələcək.
Belə bir tarixi tədbirdə iştirak etmək bütün iştirakçıların karyerasında yüksək dönüş nöqtəsi olacaq. Lakin mükafatçılar sırasına çıxacaq müəyyən sayda idmançı Bakı 2015-in qızıl, gümüş və ya bürünc medalını əldə edəcək.
Ərsəyə gətirilmiş bu video-çarx yerli şirkət "Azərsuvenir" MMC-nin Bakıda hazırladığı Avropa Oyunları medallarının istehsal prosesini əks etdirir.
Azərbaycanlı sənətkar Nərgiz Hüseynova ilə tanınmış "Adamas" zərgərlik şirkətinin birgə tərtib etdiyi medal dizaynı Bakı 2015-in mükafat qazandığı brendin xüsusiyyətlərinə əsaslanır. Medalın mərkəzində Bakı 2015-in loqosu, arxa tərəfində isə Avropa Olimpiya Komitələrinin rəmz və söz işarəsi əks olunub.\anspress.com
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























