• $
  • €
  • ₽
  • ₺
  • £

"Barselona" Çempionlar Liqasının qalibi olub

"Barselona" Çempionlar Liqasının qalibi olub
07.06.2015 10:30
UEFA Çempionlar Liqasının final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, bu matçla Avrokuboklarda 2014/15 mövsümünə yekun vurulub.
 
Qitənin ən nüfuzlu klub turnirinin finalında İspaniyanın "Barselona” və İtaliyanın "Yuventus” klubları qarşı-qarşıya gəlib. Həlledici qarşılaşma Berlinin "Olimpiyaştadion” arenasında baş tutub.
 
Matça olduqca sürətli başlayan "Barselona" erkən qolla sevinib. Oyunun 4-cü dəqiqəsində Rakitiç katalonları önə keçirib.
 
İlk hissə bu hesabla bitib.
 
Fasilədən sonra oyuna istəkli qoşulan "Yuventus" çox keçmədən istəyinə çatıb. Alvaro Morata 54-cü dəqiqədə "qoca sinyora"nın bərabərlik qolunu vurub. Bu qolla Morata eyni mövsümdə həm "Barselona", həm də "Real Madrid"i məyus edən 4-cü futbolçu olub.
 
Qoldan sonra da meydanda üstün tərəf olan turinlilər bir neçə epizodda hesabı dəyişməyə yaxın olsa da, son anda ya dəqiqlik çatmayıb, ya da Ter Ştegen yaxşı oynayıb.
 
Hesabı isə Luis Suares dəyişib. Uruqvaylı futbolçu Messinin vuruşundan sonra qapıçıdan dönən topu tora göndərməklə komandasını yenidən önə keçirib.
 
Son anlarda bərabərlik üçün irəli atılan "Yuventus" isə matça əlavə olunmuş dəqiqələrdə növbəti dəfə cəzalanıb. 90+5-ci dəqiqədə Neymar oyunda son nöqtəni qoyub.
 
Beləliklə, "Barselona" Çempionlar Liqası çempionu olaraq mövsümdə 3-cü titulunu da qazanıb və "qızıl het-trik"i rəsmiləşdirib.  
 
Çempionlar Liqası
Final
 
"Yuventus” (İtaliya) – "Barselona” (İspaniya) - 1:3
Qol: Morata, 54 - Rakitiç, 4, Suares, 68, Neymar, 90+5
 
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Berlin (Almaniya). "Olimpiyaştadion”
 
"Yuventus”: Buffon, Bartsalyi, Bonuççi, Lixtştayner, Evra, Poqba, Markizio, Pirlo, Vidal, Morata, Teves
Ehtiyat oyunçular: Storari, Oqbonna, Padoin, Sturaro, Pereyra, Koman, Llorente
 
 
"Barselona”: Ter Ştegen, Pike, Masçerano, Xordi Alba, Dani Alves, Rakitiç, Buskets, İnyesta, Suares, Messi, Neymar
Ehtiyat oyunçular: Bravo, Bartra, Adriano, Matye, Xavi, Rafinya, Pedro 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol