"Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyi ləğv edilməyəcək"

Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilməyəcəklər.
ANN.Az APA-ya istinadən xəbər verir ki, FİFA-nın bəyanatında belə deyilir.
"FİFA Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyinin ləğv edilməsinə əsas görmür. Hər iki ölkə FİFA-nın İcraiyyə Komitəsində demokratik səsvermə yolu ilə seçilib. Mövcud ekspert rəyləri və faktlara söykənərək bildiririk ki, FIFA-nın Rusiya və Qətəri Dünya Kubokuna ev sahibliyindən məhrum etməyə heç bir hüquqi əsası yoxdur" – bəyanatda deyilir.
Qeyd edək ki, bundan əvvəl FİFA rəsmisi Domeniko Skala bəyan etmişdi ki, korrupsiya halları sübuta yetirilərsə, Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilə bilərlər.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək