Dani Alveş 2 illik müqavilə imzaladı

"Barselona”nın müdafiəçisi Dani Alveşin gələcək taleyinə aydınlıq gəlib.
Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, braziliyalı futbolçu "Barselona”da qalmaq qərarına gəlib.
PSJ və "Milan”ın maraq dairəsində olan, hətta bu komandalardan birinə keçəcəyi daha real görünən 32 yaşlı oyunçu Kataloniya klubu ilə, nəhayət ki, yeni müqavilənin detallarını razılaşdırıb. Yeni sazişə görə, "sambaçı” 2017-ci ilin yayına qədər "Barselona”ya məxsus olacaq. Bu iki il ərzində futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, onunla daha 1 illik müqavilə imzalanacaq. Bu məlumat artıq klubun rəsmi saytı vasitəsilə də bəyan edilib.
Qeyd edək ki, Dani Alveş "Barselona”ya 2008-ci ildə "Sevilya”dan keçmişdi. O, kataloniyalılarla 5 dəfə La Liqanın, 3 dəfə İspaniya Kral Kubokunun və 3 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























