• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakı 2015"ə qatılan ölkələrin bayraqlarının qaldırılma mərasiminin vaxtı açıqlandı

"Bakı 2015"ə qatılan ölkələrin bayraqlarının qaldırılma mərasiminin vaxtı açıqlandı
10.06.2015 12:36
"Bakı 2015" I Avropa Oyunlarına qatılacaq 50 ölkənin nümayəndə heyətləri üçün Atletlər Kəndində təntənəli salamlama və bayraqların qaldırılması mərasimi təşkil olunacaq. 

Bu barədə "Report"a Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva məlumat verib. 

Onun sözlərinə görə, təntənəli mərasim iyunun 11-də saat 18:00-da kəndin Bayraq Meydanında baş tutacaq. Nümayəndə heyətləri Atletlər Kəndinin meri Elçin Səfərov tərəfindən salamlandıqdan sonra bütün ölkələrin bayraqları qaldırılacaq. K.Nurullayeva bildirib ki, Olimpiya Oyunları ilə müqayisədə, Avropa Oyunlarında hər bir ölkə bayrağının ayrı-ayrılıqda deyil, eyni vaxtda dalğalandırılmasına qərar verilib. 

Qeyd edək ki, tədbirdə rəsmi şəxslərin, o cümlədən, Azərbaycanda akreditə olunmuş diplomatik korpus nümayəndələri və rəhbərlərinin iştirakı gözlənilir.   

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol