Mourinyo: "Üç transferə ehtiyacımız var"

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo transfer planları haqda danışıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, bu yay üç futbolçu transfer etməyi planlaşdırırlar:
"Çelsi"nin əfsanəsi Didye Droqba komandadan ayrıldığı üçün yeni hücumçuya ehtiyac var. Bundan başqa, bir müdafiəçi və bir yarımmüdafiəçi almaqla komandanı daha da gücləndirə bilərik. Yeni futbolçuların olması oyunçular arasında rəqabəti daha da artıracaq".
J.Mourinyo onu da bildirib ki, hazırda əsas hədəflərindən biri bəzi ulduz futbolçuları komandada saxlamaqdır:
"Bu ilin ən yaxşı oyunçularını satmağımızı istəmərəm. Eden Hazard, Nemanya Matiç, Branislav İvanoviç, Dieqo Kosta və Sesk Fabreqası komandada saxlamağı düşünürük".
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək