"Bakı-2015" I Avropa Oyunları başlayır

Bu gün "Bakı 2015" I Avropa Oyunları start götürəcək.
Qol.Az-ın məlumatına görə, ilk dəfə təşkil olunacaq Oyunların açılış mərasimi Bakı Olimpiya Stadionunda saat 20:15-də başlayacaq.
Paytaxtımızda təşkil olunan mötəbər yarışda Avropanının 50 ölkəsindən 6000-dən çox idmançı mübarizə aparacaq.
Ölkəmiz Oyunlarda 291 idmançı ilə təmsil olunacaq. Ən çox idmançı isə Rusiyadan ölkəmizə təşrif buyurub. Qonşu ölkənin 359 idmançısı yarışlarda mübarizə aparacaq. Ən az idmançı isə Monakoya məxsusdur - 6 nəfər.
Açılış günündə 2 idman növü - su polosu və sinxron üzgüçülük üzrə yarışlar keçiriləcək.
Qeyd edək ki, I Avropa Oyunları iyunun 28-dək davam edəcək. İdmançılar Oyunlarda ümumilikdə, 20 idman növü üzrə mübarizə aparacaqlar. Bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək