• $
  • €
  • ₽
  • ₺
  • £

​"Qarabağ" klubu ilk transferini rəsmiləşdirdi

​"Qarabağ" klubu ilk transferini rəsmiləşdirdi
16.06.2015 17:33
"Qarabağ" futbol klubu yay transfer dönəmində ilk əcnəbi transferini reallaşdırıb.
 
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransa Liqa 1 təmsilçisi "Lans"da forma geyinən Alharbi El Jadeyaouinin keçidi həll edilib.

Bu gün futbolçuyla 2 illik müqavilə imzalanıb. Alharbi "Qarabağ"da 10 nömrəli futbolkanı daşıyacaq.

Keçidlə bağlı fikirlərini bildirən futbolçu "Qarabağ"ın iddialı klub olduğunu və ötən mövsüm Avropa Liqasında Fransa "Sent –Etyen"i və İtaliya "İnter"i ilə oyunlarını izlədiyini deyib: "Yeni komandam baxımlı futbol oynayır. Daim hücumda oynamağı sevir. Ona görə də doğru ünvana gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir. İlk məqsədim komandaya tez adaptasiya olub meydana çıxmaqdı. Çempionlar Liqasında maksimum uğur qazanmaq əlbəttə xoş olardı. Bunun üçün əlimdən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm".

Qeyd edək ki, 29 yaşlı futbolçu yarımmüdafiənin kənar mövqeyində oynayır. Futbolçunun yarımmüdafiənin hər 2 cinahında oynamaq bacarığı var. Karyerası boyunca Fransa klublarında çıxış edən Alharbi sonuncu mövsümdə yüksək dəstədə 26 oyuna çıxıb və 3 qola imza atıb. Futbolçu Mərakeş millisinə də dəvət alıb.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol