• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yığmasının iki üzvü finala vəsiqə qazandı

Azərbaycan yığmasının iki üzvü finala vəsiqə qazandı
17.06.2015 14:41
Bu gün Bakı-2015 Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün 4 çəki dərəcəsinin qalibləri bəlli olacaq.
 
57 kq çəkidə Azərbaycanı təmsil edən Yaşar Əliyev 1/8 finalda fransalı Zoheir El Ouarraqeni asanlıqla məğlub edib - 9:4. O, 1/4 final qarşılaşmasında erməni rəqibi Qarik Barsekyana 10:6 hesabı ilə qalib gəlib. Yarımfinalda Viktor Lebedovla (Rusiya) qarşılaşn Y.  Əliyev 1:3 hesabı ilə uduzub. Güləşçimiz bürünc medal uğrunda çıxışını davam etdirəcək.
 
65 kq çəkidə Olimpiya çempionu Toğrul Əsgərov 1/8 finala yüksəlmək üçün rusiyalı İlyas Bekbulatovla üz-üzə gəlib və çətin qələbə qazanıb - 8:7 1/8 finalda moldovalı Mixail Sava ilə qarşılaşıb və 10:0 hesabı ilə qalib gəlib. 1/4 finalda fransalı Maksim Fiqueni də eyni hesabla məğlub edib. Yarımfinalda Azamat Nurikovdan (Belarus) üstün olub - 7:2.
 
74 kq çəkidə ikiqat Avropa çempionumuz Cəbrayıl Həsənov da Əliyev kimi yarışa ikinci mərhələdən qatılıb. 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşən dünya çempionatının mükafatçısı 10:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib. O, növbəti qarşılaşmasını türkiyəli Soner Dəmirtaşla qüvvəsini sınayıb. Cəbrayıl 3:0 hesabı ilə öndə olsa da, yekunda 3:5 hesabı ilə uduzub.
 
Dəmirtaş finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə Anri Seleniusa (Finlandiya) qalib gələrək, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. Üçüncü yer uğrunda görüşdə Cəbrayıl bolqarıstanlı Kiril Terziyevlə qarşılaşacaq. 
 
97 kq çəkidə isə Avropa və dünya çempionu Xetaq Qazyumovun Radoslav Baranı (Polşa) 10:0 hesabı ilə məğlub edib, sonra moldovalı Nikolay Çebana qarşı inamlı qələbə qazanıb - 4:0. Avropa çempionu yarımfinala gedən yolda belaruslu İbrahim Saidovu 2:1 hesabı ilə udaraq, yarımfinalda Abdusalam Qadisovla üz-üzə gəlib. Dünya çempionumuz bu dueldən də üstün ayrılıb. 4:2 hesabı ilə qələbə qazanan Xetaq finalda gürcüstanlı Elizbar Odikadze ilə güləşəcək.  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol