"Qarabağ" klubu 6 futbolçusu ilə yollarını ayırıb

Onların hamısının başa çatan müqavilələri uzadılmayıb
Azərbaycanın "Qarabağ" klubu 6 futbolçusu ilə yollarını rəsmən ayırıb. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, bunlar Vüqar Nadirov, Admir Teli, Leroy Corc, Hacı Əhmədov, Tural İsgəndərov və Muarem Muaremdir.
Onların hamısının başa çatan müqavilələri uzadılmayıb.
"Qarabağ" klubu futbolçuların hər birinə komandada çəkdikləri zəhmətə görə təşəkkürünü bildirib və gələcək karyeralarında uğurlar arzulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























