• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycan samboçuları "Bakı 2015"də mübarizəyə başlayır

​Azərbaycan samboçuları "Bakı 2015"də mübarizəyə başlayır
22.06.2015 10:05
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında sambo yarışlarına start veriləcək.

"Report"un məlumatına görə, Azərbaycan bu idman növündə 4 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq. 8 idmançının hamısı mübarizəni 1/4 final mərhələsində davam etdirir.

İlk olaraq 90 kq çəki dərəcəsində Kənan Qasımov döşək üzərinə çıxacaq. O, ukraynalı İvan Vasilçukla üz-üzə gələcək. 67 kq-da Azərbaycanı təmsil edən İslam Qasımov rumıniyalı Orlando Qriyaya üstün gəlməyə çalışacaq. Ölkənin digər təmsilçisi 74 kq çəki dərəcəsində çıxış edən Amil Qasımovdur. Kişi samboçunun rəqibi slovakiyalı Tadej Cutuk və gürcüstanlı Kaxa Mamulaşvili cütünün qalibi olacaq. +100 kq-da mübarizə aparan Vasif Səfərbəyovun rəqibi isə Makedoniya idmançısı Bajro Maşovikj olacaq.

Qadınların mübarizəsində Nəzakət Xəlilova (52 kq) rumıniyalı Kodrina Yonesku ilə rəqib olacaq. 64 kq çəkidə Fəridə Qurbanova moldovalı Yekaterina Kretunu yenməyə çalışacaq. Nərminə Əlizadə belaruslu idmançı Volha Namazava ilə üz-üzə gələcək. Şəhanə Hüseynovanın rəqibi isə Yana Kostenko (Rusiya) - Şoren Şaradze (Gürcüstan) cütünün qalibi olacaq.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında sambo yarışları bir gün keçiriləcək. Ümumilikdə qaliblərə 8 dəst medal təqdim olunacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol