"İnter"dən 40 milyon avroluq transfer

İtaliyanın "İnter" klubu növbəti transferini gerçəkləşdirib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, A seriyası təmsilçisi Xoffrey Kondoqbyanı heyətinə cəlb edib. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, yeni klubunda illik 4.5 milyon avro qazanacaq.
Qeyd edək ki, bu transfer üçün "İnter" Kondoqbyanın müqavilə ilə məxsus olduğu "Monako"ya 40 milyon avro ödəyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























