• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Formula 1 yarışlarına 86 milyon dollar xərcləyəcək

Azərbaycan Formula 1 yarışlarına 86 milyon dollar xərcləyəcək
24.06.2015 10:08
2016-cı ildə Formula 1 yarışlarının mərhələlərindən biri Bakı küçələrində keçiriləcək.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ölkə gənc pilotları fəal şəkildə dəstəkləyəcək, o, həmçinin gələcəkdə milli komandanın yaradılmasını da istisna etməyib, Oxu.Az f1report.ru-ya istinadən xəbər verir.

"Əlbəttə, biz istərdik ki, mərhələlər bizim bayrağımızın altında keçirilsin, yarışlarda bizim pilotlar, komanda və sponsorlar iştirak etsinlər, - Azərbaycanın gənclər və idman naziri deyir. – Bu layihədə çox böyük potensial görürük.

Əminəm ki, bir müddətdən sonra biz bu layihə ilə fəal məşğul olacağıq. Şübhə etmirəm ki, nüfuzlu yarış seriyasında iştirak etmək ölkəmiz üçün maraqlı olardı”.

Nazir həmçinin gələcəkdə yarışın Azərbaycanda gecə saatlarında, süni işıqlandırma şəraitində keçiriləcəyini bildirib.

2016-cı il mərhələsinə gəldikdə isə, o, əmindir ki, Bakıya 11 mindən çox xarici fanat gələcək.

Hələlik Formula 1 yarışının keçirilməsi üçün menecment rəhbəri ilə müqavilənin neçəyə başa gəldiyi məlum deyil. Nazir qeyd edib ki, bu, kommersiya sirridir.

"Əslində mən müqavilə şərtlərini açıqlaya bilmərəm, çünki bu, kommersiya sirridir. Lakin onu deyə bilərəm ki, birinci mərhələnin təşkili üçün bir 66 milyon dollardan 86 milyon dollaradək vəsait xərcləməli olacağıq”, - deyə, Azad Rəhimov bildirib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol