“Messi məni alçaltdı” – Karles Puyo

"Barselona"nın sabiq futbolçusu Karlos Puyol keçmiş komanda yoldaşı Lionel Messi haqda növbəti açıqlama verib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, argentinalı hücumçunun dünyanın ən yaxşı futbolçusu olduğunu deyib.
K.Puyol bildirib ki, Messi ilə birlikdə oynadığı dönəmdə məşqlərdə argentinalı oyunçunu saxlamaqda çətinlik çəkib:
"Bir gün isə dedim ki, görüm, onu dayandıra biləcəmmi? Amma bacarmadım. Bu zaman elə bil Messi məni alçaltmışdı. Pep Qvardiola tapşırmışdı ki, Messini zədələməyim. Mən də ona cavab verdim ki, əgər onun zədələnməsini istəmirsənsə, məşqi dayandır. Messini dayandırmaq üçün hər şeyi edirdim. Amma o, hər dəfə sürəti hesabına məni keçirdi”.
Puyol onu da qeyd edib ki, Messi dörd il əvvəllə müqayisədə indi daha yaxşı formadadır: "Mənə görə dünyanın ən yaxşı futbolçusu Messidir. O, başqa planetin adamıdır. Messini zərərsizləşdirmək mümkünsüzdür".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























