"Ardanın yeni klubu ən geci 4 günə müəyyənləşəcək"

Bu yay Arda Turanın "Atletiko"dan ayrılacağı dəqiqləşib.
Qol.Az-ın məlumatına görə, bu barədə türk yarımmüdafiəçinin meneceri Ahmet Bulut "NTV Spor"a müsahibəsində bildirib.
O deyib ki, A.Turanın yeni mövsümdən başqa klubda oynayacaq:
"Arda "Atletiko"dakı dörd illik karyerası ərzində çox şey qazandı. Madrid klubundan ayrılmağa qərar vermişik. Bu qərarımıza klub rəhbərliyi təəccübləndi. Onlar Ardanı buraxmaq istəmirdilər. Ancaq israrımızdan sonra qərarımıza hörmətlə yanaşdıqlarını bildirdilər".
A.Bulut onu da qeyd edib ki, Ardanın yeni klubu ən geci 4 günə müəyyənləşəcək: "Rəsmi müqavilə imzalanmadan bu barədə danışmaq istəmirik".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























