• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ"ın büdcəsi bizimkindən 100 dəfə çoxdur"

"Qarabağ"ın büdcəsi bizimkindən 100 dəfə çoxdur"
30.06.2015 14:03
 Azərbaycanın "Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Monteneqro "Rudar"ı Serbiyada təlim-məşq toplanışı keçəcək.
 
"Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, artıq Monteneqro təmsilçisi dünən toplanışın keçiriləcəyi Kuçevoya yola düşüb.

İki həftəlik toplanış çərçivəsində "Rudar" iki yoxlama oyununa çıxacaq. Komandanın baş məşqçisi Mirko Mariç səfər öncəsi açıqlamasında bildirib ki, cütün favoriti "Qarabağ" klubudur: "Düzdür, "Qarabağ"ın büdcəsi demək olar ki, bizdən 100 dəfə çoxdur. Yavaş-yavaş rəqibimizi tanıyırıq. Onların heyətində 15 əcnəbi futbolçu var. Lakin biz əvvəllər gözlənilmədən rəqiblərimizi məğlub etmişik".

Baş məşqçi M.Mariç toplanışda iştirak edəcək futbolçuların adlarını da açıqlayıb. Onların arasında 2013-2014 mövsümünün ikinci yarısında Bakının "Rəvan" klubunda çıxış etmiş Miloş Zeçeviç də var:

Miloş Radanoviç, Milan Yelovaç, Marko Lazareviç, Deyan Damyanoviç, Nikola Sekuliç, Zelyko Tomaşeviç, Nikola Qaçeviç, Marko Vukoviç, Vladan Qordiç, Miliya Qoluboviç, Dorde Duriç, Duşan Nestoroviç, Predraq Brnoviç, İqor İvanoviç, Nedelko Vlahoviç, Ryota Noma, Adi Bamur, Stevan Relyiç, İvan Knejeviç, Radule Jivkoviç, Miroye Yovanoviç, Mirko Radisiç, Denis Sopo, Denis Hadziosmanoviç, Miloş Zeçeviç.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol