• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Formula 1” üçün tikinti başlayır

Bakıda “Formula 1” üçün tikinti başlayır
30.06.2015 22:37
"Bakıda Avropa Oyunları keçirildiyinə görə işlərə başlaya bilmirdik".

Azərbaycanda "Formula 1” Qran-prisinin keçirilməsi üçün trassın hazırlanması üzrə işlər gələn həftədən başlayacaq. 

ANS PRESS-in məlumatına görə, bu barədə tanınmış arxitektor German Tilke bildirib. 

"Biz Bakıda trassın layihələşdirilməsi prosesini başa çatdırmışıq. Amma Bakıda Avropa Oyunları keçirildiyinə görə işlərə başlaya bilmirdik. Onlar istəmirdilər ki, oyunların gur vaxtı şəhərdə böyük tikinti işləri getsin. Biz çox sayda xırda işlər görməliyik. Amma məhz belə işlər sonucda böyük vahid obyektə çevrilir”, - deyə Tilke bildirib. 

Gələn il Bakıda "Formula 1”in debut yarışları keçiriləcək. Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, yarışla bağlı Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir. 

O bildirib ki, debüt Qran Prisinin xərcləri 66-86 milyon dollar arasında dəyişəcək. 

Formula-1, yaxud F1 bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. Rəsmi adı ingiliscə FIA Formula One World Championship sözlərindən götürülüb.1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Rəsmi qəbul edilməsə də, bir çox hallarda Formula-1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar.

Hər il keçirilən Formula-1 yarışları mövsüm adlanır və ayrıca mərhələlərdən, qran-prilərdən ibarət olur. Qran-pri sözü fransızca "Grands Prix", yəni böyük mükafat sözündən götürülür. İlin sonunda həm pilotlar, həm də komandalar arasında qaliblər müəyyən edilir. Pilotlar dünya çempionu adı, komandalar isə Konstruktorlar kuboku uğrunda yarışırlar.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol