"Neftçi" - "Mladost" matçına nə qədər bilet satılıb?

Azarkeşlərin oyuna marağı kifayət qədər çoxdur.
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Neftçi" - "Mladost" (Monteneqro) matçına təxminən 2000 bilet satılıb.
Bunu ANS PRESS-ə "Neftçi” futbol klubunun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib. Onun sözlərinə görə klub "qara bazar”la mübarizə məqsədi ilə də bəzi addımlar atıb. Buna görə bir nəfər cəmi 5 bilet ala bilər.
Bu məsələni oyunun keçiriləcəyi "Bakcell Arena" stadionunun kassalarından da təsdiqləyiblər. Kassadan bildiriblər ki, "qara bazar”ın şahidi olan kimi hüquq-mühafizə orqanlarına xəbər verəcəklər.
Azarkeşlərin oyunla bağlı fikirlərinə gəlincə isə əksəriyyət "flaqman”dan qələbə gözlədiyini deyir. Amma matçla bağlı nikbin fikirdə olanlar da var. Yeni baş məşqçi ilə qələbənin çətin olacağını düşünənlər də az deyil. Son illər "Neftçi” və "Qarabağ” klublarının azarkeşləri arasındakı "soyuq müharibə"yə də toxumları səpmək olar. Kassa qarşısındakı bilet alanlar arasında "Qarabağ”ın azarkeşlərinin olması bunu deməyə əsas verir.
"Neftçi" - "Mladost" (Monteneqro) matçı iyulun 2-si, saat 21:00-a satrt götürəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























