• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı çempiondan "ləzginka" - VİDEO

Azərbaycanlı çempiondan "ləzginka"  - VİDEO
01.07.2015 11:33
O, I Avropa Oyunlarında Azərbayacana ilk qızıl medalı qazandıranlardan biridir. Söhbət Yunan-Roma güləşçimiz Rəsul Çunayevdən gedir. 

Ən gənc medalçılarımızdan olan Rəsul ilk uğuruna hələ 17 yaşında olarkən imza atıb. Yeniyetmə olmasına baxmayaraq böyüklər arasında keçirilən çempionatda qızıl medalla təltif edilən Rəsul demək olar ki, son 3 ildə bütün yarışlardan Vətənə medalla qayıdıb.

Çempion ötən gün sevənlərini banasının ad günü mərasiminə toplayıb. Ata Həmzət Çunayev deyir ki, oğlunun qızıl medalı və prezidentin təltif etdiyi "Şöhrət” ordeni anasının ötən günki ad gününə böyük bir hədiyyə olub. 

"Yaxşı idmançı rinqdə bilinər” deyən çempionumuz şəxsi həyatında hər zaman rəqsə olan sevgisini nümayiş etdirib. Ötən il dünya çempionatında qalib gələn idmançının Qafqazın ənənəvi rəqsi "ləzginkanı” tatamidə ifa etməsi əksər insanların diqqətini cəlb etmişdi. 
Anası Elzanə xanımla ifa etdikləri rəqs də onların xoş gününə xüsusi gözəllik qatıb. 

Çempionun xoş gününə toplaşan ilk məşqçisi və dostları da onun uğurlarının davamlı olmasını arzulayıb. 
Məşqçi İsmayıl Çopsiyev də Rəsulun gələcəkdə daha böyük uğurlara imza atacağına ümid edir. 

Hazırda hərbi xidmətin son ayını yaşayan Rəsul həm idmançı, həm də bir əsgər kimi ölkəmizə xidmət göstərir.//ANS
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol