UEFA reytinqi: Autsayder dəyişdi, Azərbaycan mövqeyində qaldı

UEFA-nın yeni mövsümdə ilk reytinq siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, avrokubokların I təsnifat mərhələsinin ilk günündə baş tutan 6 qarşılaşmadan sonra cədvəldə ciddi dəyişiklik baş verməyib. Bu matçlardan üçü Çempionlar Liqası, üçü Avropa Liqasında baş tutub.
Təmsilçisi mübarizəyə başlayan 12 ölkədən 9-u startda xal qazanmağa mail olub.
Cəbəllütariq San-Marinonu keçərək, son pilləni onlara təhvil verib. Aşağı pillələrdə qərarlaşan ölkələrin mövqelərində də cüzi dəyişikliklər olub. Lakin bu, öndə qərarlaşanlara təsir etməyib.
Komandaları hələ 2015/16 mövsümündə debüt etməyən Azərbaycan 28-ci pillədə qalıb. Ölkəmizin hesabında 10,500 xal var.
Qeyd edək ki, sabah 3 təmsilçimiz – "İnter”, "Qəbələ” və "Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























