İsveç Avropa çempionu oldu

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən Avropa çempionatının qalibi müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, finalda İsveç və Portuqaliya yığmaları qarşılaşıb.
Matçın əsas və əlavə vaxtlarında qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan İsveç millisi Avropa çempionu adını qazanıb - 4:3.
Qeyd edək ki, bu, İsveçin ilk Avropa çempionluğu olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























