Azərbaycan klublarının Çempionlar Liqasında rəqibləri müəyyənləşdi

Voleybolçu qadınlar arasında keçirilən Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.
"Report"un məlumatına görə, püşk nəticəsində Azərbaycan təmsilçiləri "Lokomotiv", "Azərreyl" və "Telekom"un rəqibləri müəyyənləşib.
"Lokomotiv"lə "Azərreyl" A qrupunda bir-birinə rəqib olub. Onlarla birgə "Ştutqart" (Almaniya) və "Dinamo" (Kazan, Rusiya) da eyni qrupa düşüb.
"Telekom" isə E qrupunda "Drezdner" (Almaniya), "İmpel" (Polşa) və "Fənərbağça" ilə birgə yer alıb.
Digər qrupların tərkibi:
B qrupu: "Kalsit Kamnik" (Rumıniya), "Atom Trefl" (Sopot, Polşa), "İqor Qorqonzala" (Novara, İtaliya), "Vakifbank" (Türkiyə)
C qrupu: "Agel" Prostejov, Çexiya), "Ximik" (Polşa), "Pomi Kasalmaggiore" (İtaliya), "Eczacıbaşı" (Türkiyə)
D qrupu: "Uraloçka" (Rusiya), "Kann" (Fransa), "Volero" (Sürix, İsveçrə), "Vizura" (Belqrad, Serbiya)
F qrupu: "Dinamo" (Moskva, Rusiya), "Lö Kann" (Fransa), "Alba Blay" (Sloveniya), "Nordmekkanika" (Pyaçentsa, İtaliya)
Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 27-dən 2016-cı il yanvarın 27-dək davam edəcək. Hər qrupda ilk 2 yeri tutacaq komandalar "pley-off"a yüksələcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























