• $
  • €
  • ₽
  • ₺
  • £

2016-cı ilin Olimpiya məşəli - Fotolar

2016-cı ilin Olimpiya məşəli - Fotolar
04.07.2015 17:07
Azərbaycanda keçirilən idman bayramı bitər-bitməz dünya növbəti olimpiyadaya hazırlıqlara start verib.
 
ANS PRESS-in məlumatına görə, Braziliyada keçiriləcək 2016-cı il Olimpiya Oyunlarının məşəli bir müddət əvvəl paytaxtda ictimaiyyətə təqdim edilikdən sonra Olimpiya Oyunları şəhəri olan Rio-de-Janeyroya gətirilib. 

Məşəl, Braziliyanın təbii ehtiyatları nəzərə alınmaqla, alüminium, kauçuk və satin materiallardan hazırlanıb. Məşəl onu daşıyanlar tərəfindən bir-birinə ötürülərkən açılan fərqli hissələrə malikdir. Məşəl şaquli vəziyyətdə tutulduqda, Braziliya bayrağının rəngləri olan yaşıl, mavi, ağ və sarı rənglərdə işıqlanır. 

2016-cı il Olimpiya Oyunlarının məşəlini Braziliyanın 26 ştatının 300-ə yaxın şəhərində 12 minə yaxın adam daşıyacaq. Alov estafeti gələn ilin mayında paytaxt Braziliada başlayacaq və 100 gün davam edəcək.

Rio Olimpiyadasının məşəli

2016-cı il Yay Olimpiya Oyunları - Yay Olimpiya Oyunları XXXI dəfə dünyanın sülh elçilərini Olimpiya bayrağı altında səsləyəcək.

Bir neçə gün öncə Bakıda Olimpiya Oyunlarına lisenziya qazandıran möhtəşəm oyunlar başa çatıb. İyun ayının 12-dən start götürən I Avropa Oyunlarında 20 idman növü üzrə 6 min idmançı mübarizə aparıb. 

Bakı 2015 Avropa Oyunlarında 16 Olimpiya idman növü olub. İdman növlərinin on ikisi 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiya Oyunları üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, voleybol və güləş daxildir. 
 





www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol