• $
  • €
  • ₽
  • ₺
  • £

Çili Amerika çempionu oldu

Çili Amerika çempionu oldu
05.07.2015 13:00
Çili yığması ilk dəfə olaraq Amerika Kubokuna sahib oldu.

ANS PRESS-in məlumatına görə, Santyaqoda keçirilən final matçı zamanı çilililər Argentina komandasına qalib gəlib. 

Oyun zamanı əsas və əlavə olunmuş vaxt heç-heçə bitib – 0:0. Penalt vuruşları zamanı isə Çili futbolçuları daha dəqiq oynayaraq – 4:1 hesabı ilə qalib gəliblər. Bununlada Çili Amerika Kubokunun sahibi olur, argentinalılar isə kor-peşman ölkələrinə qayıdır.

Şərhçilər oyunu ümumi götürəndə maraqsız hesab etsələr də, əsl final matçı kimi qiymətləndiriblər.

Oyunda maraqlı məqamlardan biri isə himnlər oxunan zaman baş verib. Belə ki, Çili millisi azrkeşləri Argentina milli himninə hörmətsizlik göstərərək səslənən zaman səs-küy salmağa başlayıblar. Çili milli himni isə bütün stadion tərəfindən bir ağızdan oxunub.

Qeyd edək ki, çilililər artıq 44-cü dəfə keçirilən Amerika Kubokunda heç vaxt çempion ola bilməmişdi. Bundan sonrakı yubiley Amerika Kuboku 2016-cı ildə ABŞ-da keçiriləcək.

Santyaqoda yerləşən "Nasional- Xulio Martines Pradanos” stadionunda yerli Çili azarkeşləri üstünlük təşkil edir
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol