David De Xea seçimini etdi

"Mançester Yunayted”in qapıçısı David De Xea kollektivə qoşulub.
Apasport.az saytı xəbər verir ki, ispaniyalı qolkiper komanda ilə birlikdə məşqlərdə iştirak edir.
Ancaq 24 yaşlı qapıçı karyerasını "Real”da davam etdirməkdə israrlıdı. Bugünkü məşqdən sonra baş məşqçi Lui van Qalla görüşən De Xea "Real”a keçməsi üçün ondan icazə istəyib. Hollandiyalı mütəxəssis razılıq versə, bu keçid yaxın günlərdə rəsmiləşəcək.
Qeyd edək ki, David De Xeanın transfer qiyməti 40 milyon avro dəyərindədi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























